Acı həqiqət Yazı haqqında

  • Acı həqiqət

Acı həqiqət


   Sərin payız havalı sentyabr ayı, dərs ilinin ilk günü idi. Hər kəs məktəbin ilk gününün açılışına 
toplaşmışdı. Anidən diqqətimi əynində məktəb forması əvəzinə köhnə,çirkli geyimi olan kiçik bir qız uşağı çəkdi. Pərişan halda oğrun-oğrun zibil qutularına baxırdı.Zibil qutusunun Kənarında paketə salınmış köhnəlmiş çörək tikələri var idi. Qızcığaz onu görər-görməz əlinə alıb cəld harasa qaçdı. Öz-özümə sual verdim ki,hər kəs valideynləri ilə məktəbə gəldiyi halda bəs bu qızcığaz niyə zibillikdə nəsə axtarır? Bir an belə vaxt itirmədən qızcığazı izləmək qərarına gəldim. Onu izləyərkən məni düşündürən yalnız bu suallar idi ki, bu uşağın valideynləri varmı? Valideynləri əgər varsa, bəs niyə O da həmyaşıdları kimi məktəbə getmir? Beləcə,qız məndən irəlidə, mən də onu izləyə-izləyə köhnə bir yataqxanaya gəlib çatmışdıq.Hələlik mənə aydın olan bu idi ki, qız bu yataqxanada yaşayırmış.Lakin ağlımdakı bütün suallarıma cavab tapmaqdan ötrü dərhal qızın ardıyca yataqxanaya daxil oldum. Otaqlarının qapısı olmadığından, əlimi divara döyərək icazə istəyib içəri daxil oldum. Salam verdim. Gözlənilməz qonağın gəlişindən bir az narahat olmuşdular.Hətta qızcığaz məni görən kimi 
cəld qaçaraq anasına qısıldı. Bir Başqa adamın gəlişini gözləmirdilər. Vəziyyətləri göz önündə
idi.Otaqları çox kiçik, əşyaları isə çox köhnə idi. Üzlərindəki kədəri görərkən ürəyim sızıldadı. Ananın 
dediyinə görə uzun zamandır burada yaşayırlar.Elə qızcığaz da paketdəki çörəyi dünən səhərdən bəri dilinə çörək dəyməyən xəstə anası və özündən 2 yaş kiçik olan bacısı üçün gətirirmiş. Qadının həyat yoldaşı qumara görə evlərini satıb. Sonra insan öldürdüyündən həbs olunub. Onlar da həmin günden 
kiçik sığınacaqlarda qalırlar. Uşaqların məktəbə getmələri üçün sənədləri belə hazırlanmayıb.Belə məlum oldu ki, cəmiyyətdə özünə yer tapmağı bacarmayan, həyatı düzgün anlamayıb normal həyat tərzi keçirməyən atanın səhvinin əziyyətini hal-hazırda valideyin qayğısı ilə əhatə olunmalı yaşda 
olan uşaqları çekir. Uşaqların təhsil hüquqları bərpa olunmalı idi. Bu Rütubətli, soyuq və dar otaqda yaşadıqlarına görə hər üçünün də sağlamlığında ciddi problemlər yaranmışdı.

Ananın vəziyyəti yaxşı 
olanda özü çörək axtarıb və uşaqlarının həyatda qalmasına nail olub. Lakin özü xəstələndikdə isə artıq haqqında danışdığım qızcığaz özü çox kiçik yaşında olmasına baxmayaraq, ailənin məsuliyyətini öz çiyinlərinə alıb. -Bəs niyə xəstəxanaya getmədiniz? –Deyərək sual verdim. Cavab isə çox utancverici idi. Ana üçün yox, məhz cəmiyyət üçün utancverici idi. Dediyinə görə, onun əynindəki geyimə baxıb, onsuz da xəstəxana 
xərclərini ödəyə bilməyəcəyini deyərək qovublarmış. Əczaxanalara gedəndə isə pulu olmadığından ona dərman verməyiblər. Ana danışdıqca məndə qəribə təsuratlar yaranırdı. Gördüyüm bu vəziyyətə -köməksiz ananın, 2 kiçik uşağın acınacaqlı taleyinə biganə qala bilməzdim. Dərhal “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nə bir ərizə yazdım. Hər məqamı lazımı qaydada orada qeyd etdim. Sonra yaxınlıqdakı marketə getdim. Ailənin bir aylıq ehtiyacını ödəyəcək qədər ərzaq aldım.
Geri döndükdə uşaqların ağlayış səsləri uzaqdan eşidilirdi. Otağa daxil olarkən qadının cansız halda 
çarpayıda uzandığını, uşaqların da onu qucaqlayıb ağlaşdıqlarını gördüm. 
Xəstəxanalar və əczaxanalar… Axı onlar insan həyatını xilas etmirsə, o zaman niyə fəaliyyət göstərirlər? Hansısa rüşvətxor həkimin və acgöz əczaxana sahibinə görə uşaqlar uzun illər boyu onları 
təkbaşına böyütmüş, onlara eyni zamanda həm ana, həm ata qayğısı göstərmiş olan analarını da itirmişdilər. Artıq onlara paltar, yeni sığınacaq və isti yemək yox, ana nəfəsi və ana qayğısı lazım idi.
Artıq mən hər gün işə gedərkən yolda o qızcığazı zibillikdə çörək axtaran görmürdüm. Mən onu və 
kiçik bacısını hər dəfə məzarlıqdan keçərkən saatlarla analarının baş daşına sarılaraq ağlayarkən görürdüm.....

 Müəllif: Qaravereq

Digər yazılarımız marağınızı cəlb edə bilər Oxuyun

Acı həqiqət

Acı həqiqət

Bəzi detaylar
MDB Haqqında

MDB Haqqında

Bəzi detaylar